​F-35-lə bağlı 11,5 milyardlıq müqavilə imzalandı, ancaq...

Baxış sayı:
3862

ABŞ Müdafiə Nazirliyi və "Lockheed Martin" şirkəti arasında 11,5 milyard dollar məbləğində yeni müqavilə imzalanıb.
Muxalifet.az xəbər verir ki, bu müqavilə ilə F-35 "Laytininq II" proqram ərzində ən aşağı qiymətə düşüb. F-35-lərin qiymətinin yüksək olması isə ABŞ büdcəsinə çətinlik yaradır.
İmzalanan müqaviləyə əsasən, 141 ədəd F-35 "Laytininq II" istehsal ediləcək. F-35A təyyarəsinin xərci 94,3 milyon dollar idisə, istehsal ediləcək təyyarənin vahid dəyəri 89,2 milyon dollar olacaq.
Qeyd edilir ki, F-35B təyyarələri üçün çəkilən xərc isə 122,4 milyon dollardan 115,5 milyon dollara üşüb. C modelləri üçün çəkilən xərc isə 121,2 milyon dollardan 107,7 milyon dollara qədər enib.