F-15C “Eagle”, yoxsa Su-57 – ABŞ qırıcısı Rusiya qırıcısını məhv edə bilərmi?

Baxış sayı:
448

Amerika istehsalı olan F-15C “Eagle” qırıcısı uzun müddət dünyanın ən yaxşı təyyarələrindən biri hesab olunub, lakin Su-57 kimi müasir tipli qırıcılarla qarşıdurma üçün onun ciddi modernləşdirilməsi tələb olunur.

Virtualaz.org xəbər verir ki, bunu “The National Interest” nəşri yazıb.
 
Mənbə bildirir ki, F-15C hazırda ABŞ Hərbi-Hava Qüvvələrinin ehtiyatında olan bütün qırıcıların yarısını təşkil edir. Lakin yaxın illərdə bu tip hərbi təyyarələri, çox güman ki, mənəvi cəhərdən “qocaldıqları” üçün balansdan siləcəklər.
 
Eyni zamanda, Rusiyanın beşinci nəsil “gözəgörünməz” Su-57 qırıcısı həm manevr qabiliyyətinə, həm də müasir silahlarla təchizatna görə bir çox dünya qırıcılarını geridə qoyur.
 
Lakin ABŞ HHQ bu gün radarlar üçün görünməz olan hərbi təyyarələrin məhv edilməsi məqsədilə plan hazırlayır və “Lockheed Martin” şirkəti “Legion” modulu üzərində işlədiyini bildirib. Nəşr iddia edir ki, bu modul “Stels” texnologiyası üzrə hazırlanmış təyyarələri aşkarlamaq qabiliyyətinə malik olacaq.
 
Bu cür modulla təchiz olnumuş F-15C nəzəri cəhədən Su-57-ni havada aşkarlayaraq ona zərbə endirə biləcək.
 
“Lakin Su-57 ilk zərbəyə davam gətirəcək, bundan sonra isə Su-57-nin manevr qabiliyyəti nəzərə alınarsa, F-15C əlverişsiz vəziyyətə düşəcək və Rusiya təyyarəsinin hədəfinə çevriləcək”, – məqalədə deyilir. Amerikan nəşri onu da qeyd edir ki, ABŞ qırıcıları üçün bu halda ümid yalnız pilotun peşəkarlığına qalır.
 
SU-57 qırıcısını havada məhv etmək üçün F-15C ciddi şəkildə yenilənməli və müasir silahlarla təchiz olunmalıdır. Lakin tədqiqatçılar bu fikirdədirlər ki, bu baş verərsə belə, F-15C və Su-57-nin hava döyüşündə hər iki qırıcı məhv olacaq.