Eyvaz Borçalıdan prezidentə dəstək

Tanınmış şair prezident İlham Əliyevin son sərəncamına şeir həsr edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, “Borçalı” Cəmiyyətinin qurucusu və keçmiş sədri şair-publisist Eyvaz Borçalı prezident İlham Əliyevin sonuncu sərəncamına – MTN rəhbərinin vəzifədən çıxarılması və bu nazirlikdə bir sıra həbslərin aparılmasına özünəməxsux şəkildə münasibət bildirib. Belə ki, tanınmış şair prezidentin bu addımı ilə bağlı maraqlı şeir yazıb.
E.Borçalının “Hürriyyət”in redaksiyasına göndərdiyi şeiri saytımızda dərc edirik:

P R E Z İ D E N T Ə

Nə vaxtdı gözləyir bu cəhdi ölkə,
Qulağı səsdədir hər gün, hər səhər;
Silkələ ağacı, silkələ möhkəm,
Qoy yerə tökülsün çürük bəhrələr.

***

Meyvəsi çürüklər az deyil, əlbət,
Bir-bir onları da silkələ möhkəm.
Silkələ, silkələ! Qoluna qüvvət!
Arxanda elliklə dayanıb ölkəm!

 
Eyvaz Borçalı, 19.10.2015