“Eynşteynin mənim pilotum olmasını istəmirəm” - Tramp

Baxış sayı:
9229

ABŞ prezidenti Donald Tramp Efiopiyada bazar günü qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı "Təyyarələr səyahət üçün çox mürəkkəb hala gəlir. Pilotlara artıq ehtiyac duyulmur, bunun əvəzinə MİT-dən kompüter mütəxəssisləri var" deyib.
 
 Tramp bu sözləri Twitter hesabından verdiyi açıqlamada bildirib.
Sonra Tramp bu sözləri qeyd edib: “Bunu bir çox məhsulda hər zaman görürəm. Adətən qədim və daha sadə olanların daha yaxşı olduğu hallarda, hər zaman lazımsız bir addımla daha irəli getməyə çalışırlar. Saniyənin içində ani qərarlara ehtiyac var və mürəkkəblik təhlükə yaradır. Bütün bunlar böyük xərc tələb edir, amma çox az qazanc təmin edir. Sizi bilmirəm, amma mən Albert Eynşteynin mənim pilotum olmasını istəmirəm. Mən bir təyyarənin nəzarətini asan və sürətli bir şəkildə ələ keçirməsinə icazə verilən ekspert peşəkarlar istəyirəm".
Trampın açıqlamasına dair ABŞ mediası, "ABŞ Milli Aviasiya İdarəsinin məlumatlarına görə, 100 milyon sərnişin üzərindən aparılan ərazilərdə son 20 ildə ölkədə kommersiya aviasiyasında ölümlərin 95% azaldığını" yazıb.
CNBC 2009-dan bəri ABŞ təyyarələrinin tək bir qəza keçirmədən 8 milyard sərnişin daşıdığını yazaraq 2017-də dünya miqyasında təyyarə qəzasından ölən tək bir sərnişin olmadığını qeyd edib.
Müxalifət.az