Eyni vaxtda koronavirusun "alfa" və "beta" ştammlarına yoluxdu... - EKSPERTLƏRDƏN QORXULU AÇIQLAMA

Baxış sayı:
376

Belçikada 90 yaşlı qadın eyni vaxtda koronavirusun "alfa" və "beta" ştammlarına yoluxub  və ölüb.

Belçika tədqiqatçılarının fikrincə, bu, xəstəliklə mübarizədə daha bir riskin meydana çıxmasından xəbər verir. Eyni vaxtda da virusun bir neçə ştammının  aşkarlanmasına dair aparılan ilk analiz zamanı müəyyən olub ki, qadın həm ilk dəfə Böyük Britaniyada aşkar olunan “alfa”, həm də ilk dəfə Cənubi Afrikada aşkar olunan “beta” ştammlarına yoluxub. Avropa klinik mikrobiologlar və infeksion xəstəliklər konqresinə təqdim olunan hesabatda qeyd edilib ki, viruslar ayrı-ayrı insanlardan qadına keçib.

Qadın mart ayında huşunu itirib bir neçə dəfə yıxıldıqdan sonra Belçika xəstəxanalarının birinə yerləşdirilib və orada həmin gün onda Covid-19 aşkar edilib. 90 yaşlı qadın tək yaşayırdı və vaksin vurdurmaqdan imtina etmişdi. Onun tənəffüs simptomları tez bir zamanda pisləşib  və cəmi beş gündən sonra qadın dünyasını dəyişib. Qadının nəfəs yollarını testdən keçirəndə onun orqanizmində koronavirusun hər iki ştammı aşkar olunub. Bu infeksiyanın qadının vəziyyətinin pisləşməsini tezləşdirməsinə səbəb olub-olmadığı barədə tədqiqatçılar heçnə deyə bilməyiblər.