“Express Bank”ın səhmdarlarının bəziləri payını çəkdi - BANKIN NİZAMNAMƏ KAPİTALI AZALDI

Baxış sayı:
7747

“Express Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. Bu, Bankın nizamnamə kapitalının 18% və yaxud 24,712 milyon manat azaldılaraq 137,257 milyon manatdan 112,545 milyon manata endirilməsindən sonra baş verib. Beləliklə, indiyə qədər “Express Bank”ın səhmlərinin 40%-nə nəzarət edən “Azenco Group” MMC payını 48,8%-ə, “Enerqoservis” MMC payını 17,7%-dən 21,6%-ə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti isə payını 0,3%-dən 0,4%-ə çatdırıb. Əvəzində digər səhmdarlar - Hikmət Xammədovun payı 25%-dən 19,5%-ə, Hafiz Seyidovun payı isə 17%-dən 9,8%-ə düşüb. Göründüyü kimi, Bankın fiziki şəxs səhmdarları nizamnamə kapitalındakı paylarının bir hissəsini geri götürüblər. Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib./Report