​Evsiz adam küçədə tapdığı 10 min dollarlıq çeki sahibinə verdi — Ev ilə mükafatlandırıldı

Baxış sayı:
841

ABŞ-da yaşayan evsiz adam küçədə 10 min dollarlıq çek tapıb.
Muxalifet.az xəbər verir ki, çeki sahibinə təhvil verən adam gözləmədiyi sürprizlə qarşılaşıb. Çekin sahibi küçədə yaşayan adama ev hədiyyə edib.
Hadisə Konnektikut ştatında baş verib. Küçədə tapdığı çeki sahibinə təhvil verən Elmer Alvarez çekin sahibi iş qadını Roberta Hoski tərəfindən mükafatlandırılıb.
Hoski, çeki itirdiyini Alvarezin telefon zəngindən sonra bilib. Elmerin evsiz olduğunu bilən Roberta "Facebook" səhifəsində ona təşəkkür etdiyi bir video çarx yayımladı.
Vaxtilə evsiz olduğunu bildirən Roberta "mənə də həyatımı qaydaya salmaq üçün bir nəfər kömək etmişdi. Bu səbəbdən Elmer həm iş sahibi olmaq, həm də təhsil almaq üçün kömək edəcəm. Bu qış soyuq aylarda küçədə qalmayacaq. Artıq onun da bir evi var"-deyib.