​Evlərdən oğurluqlar edən DƏSTƏ ÜZVLƏRİ TUTULDU - MASALLIDA

Masallı rayonunda evlərdən oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, Masallı şəhərində yaşayan bir qadın Rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.
Həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub.
Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.