Evləndirmə verilişlərinə qadağa qoyuldu – TÜRKİYƏDƏ

Türkiyədə bir neçə aydır ki, evləndirmə verilişləri ilə bağlı mübahisələr davam edir.
 
Televiziya Şurası son nöqtəni qoyub. Qurumun şöbə müdiri Murat Elliatlı "artıq evlilik verilişləri olmayacaq"-deyib.
Murat Ellialtı ləğv edilməsi nəzərdə tutulan amma tam dəqiq addım atılmayan evləndirmə verilişləri haqqında açıqlama verib. O, bildirib ki, artıq belə proqramlar olmayacaq və başqa bir formatda yayımlanacaqlar.
Mətbuat Elan Qurumunun təşkil etdiyi iclasda çıxış edən Murat sualları cavablandırıb və deyib: "Artıq evləndirmə verilişləri olmayacaq. Yayım orqanları ilə görüşdük və yeni mövsümdə evləndirmə verilişləri başqa formatda yayımlanacaq. Ötən mövsümdəki verilişlərə bənzər proqram hazırlayanlar çox ağır cəzalarla üz-üzə qalacaqlar".