Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi

Baxış sayı:
8368

Rusiyanın Tver şəhərində yaşayan bir keşiş evlilikdən kənar cinsi əlaqəyə və spirtli içki qəbuluna son qoymaq üçün insanların üzərinə bidonlarla müqəddəs su səpib.
Aleksandr Qoryaçev adlı keşiş insanları zina və alkoqol xəstəliyindən xilas etmək üçün bu yola əl atdığını deyib. 
Xəstəliklərin viruslardan qaynaqlandığını və hər xəstəliyin ilk əvvəl ruhi olaraq başladığını deyən keşiş təyyarə ilə yerdən təxminən 200-300 metr yüksələrək şəhərin üzərinə 15 bidon müqəddəs su səpib.//Moderator