Evli qadın gizli münasibətdə olduğu sevgilisini güllələdi

Baxış sayı:
280

Türkiyədə evli və bir uşaq anası olan qadın sevgilisinin istəyini qəbul etməyərək onu güllələyib.
Muxalifet.az x əbər verir ki, hadisə İstanbulun Pendik bölgəsində baş verib. Şirin K. adlı qadın 2,5 ildir münasibətdə olduğu dayısıoğlunu öldürüb.
Qadın səbəb kimi sevgilisinin ondan boşanmağını tələb etməsi göstərib. 49 yaşlı qadın özündən 16 yaş kiçik dayısıoğlu Cezmi İşleni əvvəlcə kürəyindən vurub. Yerə yıxılan kişiyə Şirin K. qəsdən ikinci dəfə atəş açaraq öldürüb.