Evli kişilər subaylardan çox yaşayır, daha çox pul qazanır – TƏDQİQAT

Baxış sayı:
12256

“Kişilər üçün evlənmək məsələsi diş qişasını anesteziyasız müalicə etmək qədər ağrılı məsələdir”.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” jurnalındakı məqalədə deyilir. Jurnalın fikrincə, evliliyin müsbət tərəfləri çoxsaylı araşdırmalar üçün mövzu olub.
“Alimlər sübut edir ki, əsl evlilik vaxtı ilk tanışlıqdan 3 il sonra baş tutmalıdır. Bu müddətə artıq cütlük bir-birinin zəif tərəflərini, qəribəliklərini və s. yaxşı öyrənir. 3 və daha çox tanışlıq müddətindən sonra evliliyə “hə” deyən cütlüklərin boşanma riski də 50% azalır”- bu barədə Atlantadakı Emori Universitetinin alimləri bildirir. Onlar evliliyin orta ömürə də təsir etdiyi qənaətindədirlər.
“Çexiyadakı tədqiqatlar evliliyin kişilərin ömrünü 9, qadınların ömrünü isə 7 il uzatdığını müəyyən ediblər. Bu kişilərə xanımlarının qayğı göstərməsi ilə bağlı ola bilər. Bundan başqa, qadınlar ərlərinin tez-tez həkimə getməyə vadar edirlər”- deyə məqalədə vurğulanır.
Bundan başqa, “Bild”in araşdırmaları evli kişilərin subaylardan daha çox maaş aldığını, daha az işdən çıxarıldığını və daha uğurlu karyera qurduqlarını da müəyyən edib.