​Evli kişi ilə sevgili olan azərbaycanlı aparıcı: "O, mənə Gelandewagen bağışladı"

Baxış sayı:
6997

Lider telekanalının tanınmış aparıcısı Seyran Əliyeva BiG.AZ-a müsahibəsində evli kişi elə münasibəti olduğunu etiraf edib.
Aparıcının sözlərinə görə, o, 3 il bundan öncə həmin şəxsdən ayrılıb:
"Mən yalandan deyə bilmərəm ki, evli kişi ilə münasibətim olmayıb. Bəzi xanımların həyatında olduğu kimi, mənim də həyatımda evli insan olub. O mənimlə tanış olanda öz həyat yoldaşından ayrılma mərhələsində idi. Onların övladı var idi. Ayrılmalarına səbəb mən olmamışam. Mənimlə tanış olanda həmin şəxs 30 yaşında idi. Mənə "Gelandewagen" markalı maşın hədiyyə etmişdi. Amma mən ondan ayrılandan sonra maşını qardaşına bağışladım. Yenidən mənə qayıtmaq istəsə də, onu qəbul etmərəm. Bilmirəm, artıq boşanıb yoxsa, yox".
Qeyd edək ki, müsahibəni geniş şəkilini qısa zaman ərzində big.az saytında oxuya bilərsiniz.