“Evimin və bütün əmlakımın talan edilməsi faktının Azərbaycan Prezidentinə çatdırılmasına kömək edin...” – TANINMIŞ CƏRRAHDAN VLADİMİR PUTİNƏ SENSASİON MÜRACİƏT

Baxış sayı:
4162

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.
Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur. Odur ki, zərərçəkən növbəti dəfə Rusiya prezidenti Vladimir Putinə müraciət etməyi məqbul hesab edib.
Q.İskəndərovun Muxalifet.az-a daxil olan müraciətini olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Avrasiya regionu və bütövlükdə dünya çapında Rusiyanın və şəxsən Sizin təhlükəsizlik və əminamanlıq üçün yorulmaz fəaliyyətinizi təqdir edir və Sizə güvənirik. Müasir mürəkkəb geopolitik münasibətlər sistemində Rusiyanın və bütövlükdə keçmiş Sovetlər məkanının hər bir vətəndaşının taleyi də Sizin üçün heç zaman biganə olmamışdır. Bütün bunları əsas tutaraq hüquqları pozulan, lakin ədalət axtarışında çabalayan bir keçmiş Sovet ziyalısı kimi Sizə müracət etmək məcburiyyətindəyəm. İnanıram  ki, müraciətimə biganə qalmayacaqsınız.
Məlumat üçün bildirmək istərdim ki, mən Azərbaycanda yaşamışam və oradan müqavilə əsasında Səudiyyə Ərəbistanına həkim-cərrah kimi işləməyə getmişəm. 2017-ci ildə Səudiyyə Ərəbistanında çalışdığım zaman Azərbaycan Respublikası, Bakı şəhəri, N.Yusifbəyli 25/27 ünvanında yerləşən ikimərtəbəli evim  razılığım və xəbərim olmadan “Regal” MTK tikinti şirkəti tərəfindən, Nəsimi Rayon İcra başçısı Asif Əsgərovun razılığı ilə və hec bir qanuni əsas olmadan sökülmüş, içərisindəki əmlakım isə məhv edilmişdir.
Azərbaycan Respublikasında bütün instansiyalar üzrə dövlət orqanlarına müraciət etmişəm. Təəssüflər olsun ki, Azərbaycanın hüqüq mühafizə orqanları (Polis və Prokurorluq orqanları, məhkəmələr) vətəndaşın konstitusion hüqüqlarını qorumaq əvəzinə, korporativ maraqlar müqavilində cinəyətkarların tərəfini tutublar.
AR Daxili İşlər nazirinə, AR Baş Prokuroruna, AR Ədliyyə Nazirinə, Ali Məhkəmənin sədrinə dəfələrlə teleqramlar, məktublar və media vasitəsilə müaraciət etməyimə baxmayaraq, etinasız və qərəzli münasibətlə üzləşmişəm, mənə AR qanunları ilə ziddiyyət təşkil edən, arqumentsiz, sikayətimə dəxli olmayan cavablar verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti hazırda informasiya blokadasına alınmışdır. Bu blokadanı yarmaq üçün Səudiyyə Ərəbistanının Kralına və Türkiyə Prezidentinin Prezidentinə media və səfirliklər vasitəsilə müraciət etdim. Lakin bu blokadanı qırmağa müvəffəq olmadım.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya media vasitəsilə 40-dan çox müraciət və şikayətlər, teleqramlar, məktublar, internet səhifəsilə çox sayli şikayətlər ünvanlasam da, cavab ala bilmədim. Bu, AR Prezidentinin informasiya blokadasında olmasını göstərir. Respublikanın bu günkü əmlak bazarındakı qiymətləndirmə sistemi ilə hazırda şirkətin mənə vurduğu maddi ziyan artıq  2.000.000 (iki milyon) manata yaxındır.
Bu gün AR polis, prokurorluq və məhkəmə orqanları vətəndaşlarda AR Prezidentinə qarşı nifrət hissi yaratmaqla məşğuldurlar. Bunları Prezident Administrasiyasının səlahiyyətli şəxləri görür, lakin qarşısını almaq istəmirlər, eyni zamanda yanlış məlumatlər verirlər. Yerlərdə MTK sədri, polis rəisləri, prokurorlar, MİS-in müdirləri belə qanunlara qarşı saymamazlıq edir. Onlar Prezidentin qərar və fərmanlarını saya saymırlar. Nəticədə AR Konstitusiyası ayaqlar altına atılır, vətəndaşların hüqüqları pozulur, hərc-mərclik yaranır.

Cənab Prezident!
Siz Azərbaycan Respublikasının Prezidentinə  Ermənistanın dövlət başçısı ilə Qarabağ problemlərinin həlli üçün masa arxasında oturub, danışıqların aparılmasını məsləhət görmüsünüz. Lakin mənim probleminlə əlaqədar hec bir orqan (polis, prokurorluq, məhkəmə) barışıq yaratmağa səy göstərməmişdir, çünki bu orqanlar yalnız öz mənfəətlərini güdmüşlər(hakimlərdən biri məndən maşın, biri ev, digəri 50 000 (əlli min) manat, digəri isə mənim 58 ildə qazandığım vəsaiti Heydər Əliyev Fonduna və ya prezidentə bağışlamağımı istəmişlər).
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin informasiya blokadasının aradan götürülməsində və mənim başıma gələn ağlasığmaz hadisənin – evimin və bütün əmlakımın talan edilməsi, dağıdılması faktının Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinə çatdırılmasında mənə öz köməkliyinizi əsirgəməməyi Sizdən artıq dərəcədə xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

***

Президенту Российской Федерации
Господину Владимиру Владимировичу Путину
 
УВАЖАЕМЫЙ ГОСПОДИН ПРЕЗИДЕНТ!

Мы высоко ценим деятельность Российской Федерации и Ваши личные усилия в направлении безопасности и мира в евразийском регионе, а также во всем мире в целом, и полагаемся на вас. Вы никогда не были безразличными к судьбам граждан России, в том числе граждан стран постсоветского пространства в условиях сложной системы современных геополитических отношений. Основываясь на вышесказанное, я, как представитель советской интеллигенции, права которого были нарушены, и который продолжается бороться за восстановление справедливости. Я уверен, что вы не останетесь равнодушными к моему обращению. Приношу свои извинения за то, что отнимаю ваше драгоценное время.
Заявляю для справки, что я жил в Азербайджане, оттуда я направился в Саудовскую Аравию, чтобы работать хирургом по договору. В 2017 году, когда я работал в Саудовской Аравии, принадлежащий мне двухэтажный дом по адресу Азербайджанская Республика, город Баку, улица Н. Юсифбейли 25/27, без моего ведома и согласия, без каких-либо законных оснований был снесен Жилищно-строительным кооперативом «Regal» с согласия Главы исполнительной власти Насиминского района Асифа Аскерова, все имущество, находящееся дома, было уничтожено.       
Я обращался во все государственные органы по всем соответствующим инстанциям Азербайджанской Республики. К сожалению, правоохранительные органы Азербайджана (органы полиции и прокуратуры, суды), вместо того, чтобы защищать конституционные права граждан, встали на сторону преступников, преследуя свои корпоративные интересы.
Несмотря на то, что я неоднократно обращался с телеграммами, письмами и посредством прессы к министру внутренних дел, генеральному прокурору, министру юстиции, председателю Верховного суда Азербайджанской Республики, я столкнулся с безразличным и предвзятым отношением, на мои обращения были даны неаргументированные ответы, противоречащие законам Азербайджанской Республики и не имеющие отношения к моей жалобе.  
Президент Азербайджанской Республики в настоящее время находится в информационной блокаде. Чтобы разрушить эту блокаду я обращался к Королю Саудовской Аравии и президенту Турецкой Республики посредством прессы и посольств. Однако, я не смог проломить эту блокаду.
Несмотря на то, что я адресовал посредством прессы более 40 обращений Президенту Азербайджанской Республики господину Ильхаму Алиеву и первому Вице-президенту госпоже Мехрибан Алиевой, направлял им телеграммы, письма и обращался посредством интернета, однако, я так и не добился ответа. Все это говорит о том, что глава Азербайджанского государства находится в информационной блокаде. По системе оценивания, действующей на территории страны на сегодняшний день, причиненный мне компанией материальный ущерб, составляет примерно 2.000.000 (два миллиона) манатов.
Сегодня органы полиции, прокуратуры и судебные органы занимаются тем, что порождают у граждан ненависть к главе государства. Все это происходит на глазах компетентных лиц президентской администрации, однако они не желают предотвратить это, наряду с этим занимаются дезинформацией.  На местах можно увидеть, что председатели ЖСК, начальники полицейских управлений, прокуроры, начальник ЖЭКов не уважают закон. Ни во что не ставят решения и указы президента. В результате, нарушается Конституция Азербайджанской Республики, права граждан, возникают беспорядки.
 
УВАЖАЕМЫЙ ГОСПОДИН ПРЕЗИДЕНТ!

Вы рекомендовали президентам Азербайджана и Армении сесть за стол переговоров для решения Карабахского конфликта. Однако по моему вопросу, ни один из государственных органов (полиция, прокуратура, суды) пытаются восстановить мир и справедливость, так как, они преследуют свои интересы – один из судей потребовал от меня подарить ему машину, другой – дом, третий попросил взятку в 50,000 (пятьдесят тысяч) манатов, еще один «порекомендовал» перечислить в Фонд Гейдара Алиева или подарить президенту все мои сбережения, которые я заработал на протяжении 58 лет. 
 
УВАЖАЕМЫЙ ГОСПОДИН ПРЕЗИДЕНТ!

Убедительно прошу Вас, помочь мне вывести Президента Азербайджанской Республики господина Ильхама Алиева из информационной блокады, довести до сведения Президента Азербайджанской Республики и Первого Вице-президента Азербайджана приключившийся со мной непостижимый инцидент – снос моего дома и погром всего моего имущества.
 
 
С чувством глубокого уважения и признательности,
Доктор философии по медицине Гафар Искандaров
 
Баку, Азербайджан                                 16.01.2020                               
dr.gafar1961@gmail.com                      +994557522249