​Evi olmayanların NƏZƏRİNƏ: Güzəştli mənzillərin satışı başladı

Baxış sayı:
6940

Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayıb.
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında satış bu gün saat 11:00-da başlayır və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.
Satışa ümumilikdə 154 mənzil çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portal üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.