Evdən qaçan 21 yaşlı qız danışdı və... - ŞOK AÇIQLAMALAR

Baxış sayı:
10151

İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı tapılıb.
 
21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.
 
ATV-də yayımlanan "Bizimləsən” verilişinin qonağı olan Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.
 
"Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”, deyə Nuranə bildirib.
 
Qeyd edək ki, Dadaşova Nuranə 3 ay əvvəl nişanlı olub. Lakin nişanlısı evli olduğu üzə çıxdığı üçün ayrılıblar.