Evdən qaçan 15 yaşlı Gülşən görün haradan tapıldı - Anası ondan imtina etdi

Baxış sayı:
3292

Azərbaycanda 15 yaşlı Gülşən Şıxıyeva mağazadan meyvə suyu və tum almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı Gülşən Şıxıyeva ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
Aparıcı bildirib ki, Gülşəni əməkdaşlarımız bir qadının evində tapıb: "O, bildirib ki, mən evə qayıtmaq istəmirəm. Anam məni döyüb, işgəncələr verir". 
Ana şəkildəki qızın Gülşən olmadığını söyləyib. 
Xoşqədəm Hidayətqızı bildirib ki, bu qız özünü hamıya Gülşən kimi təqdim edir:"Hətta o adla bir qadının evinə sığınıb".