​Evdə yanaraq ölən kişinin həyat yoldaşı: “Yoldaşımın başında problem var” - VİDEO/FOTO

Baxış sayı:
274

Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 60 yaşlı Əli İslamovun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərifnaz Vəliyeva - mərhumun həyat yoldaşı: "Gecə saat 03:00-da evə gəldim, gördüm ev yanır. Tək idi. Evdə ikimiz qalırıq, başqa heç kəs yoxdur. Yoldaşımın başında problemi var".

Videonu izləmək üçün şəklə klikləyin: