Evangelist keşiş də cinsəl təcavüzçü çıxdı

Baxış sayı:
9553

Kanadanın Quebec City şəhərində Evangelist bir keşiş haqqında baxılan məhkəmə iddiasında kiçik yaşdakı qızlara cinsi təcavüzlə bağlı günahkar bilinib.
 
Quebec City şəhərinin Məhkəməsində “Parole de Vie” Evangelist Kilsəsində keşiş olan Paul Mukendinin iddiasına baxan məhkəmə heyəti, keşiş Mukendini haqqındakı 9 ittihamın hamısında günahkar elan edib.
Adı açıqlanmayan zərər çəkmiş bir qadının şikayətindən sonra başlayan iddia, məhkəmə heyəti tərəfindən 5 gün davam edən araşdırma və müzakirələrdən sonra qərara bağlanıb.
Dini təhsil üçün anası tərəfindən 14 yaşındaykən kilsəyə göndərilən və 2002-dən 2016-ya qədər 14 il boyunca Mukendi tərəfindən cinsi təcavüzə uğrayan şikayətçi qadının iddialarının hamısı məhkəmə tərəfindən də təsdiqlənib. Bundan başqa, keşiş Mukendi tərəfindən təcavüzə uğradıqlarını irəli sürən daha səkkiz ayrı qadının iddiaları da ortaya çıxıb.
Keşiş Paul Mukendinin vəkilinin müvəkkilinin cəza veriləcək son məhkəmə iclasına qədər kəfalətlə sərbəst buraxılması tələbi isə hakim Jean-François Emond tərəfindən rədd edilib. Keşiş Mukendi məhkəmə prosesinin keçiriləcəyi sentyabr ayına qədər nəzarət mərkəzində tutulacaq.
Qeyd edək ki, Xristianlıqda "İncili öyrətmək, yaymaq" mənasını verən Evangelizm, ABŞ-da Xristian cəmiyyətinin ən mühafizəkar və radikal dinci qanadı olaraq bilinir.
Kiçik yaşdakı uşaqlara və qadınlara cinsi təcavüz qalmaqallarıyla çalxalanan Katolik Kilsəsinin əksinə, Evangelist din adamlarında bu günə qədər bu cür günahlandırma və ya cəza alma vəziyyətiylə çox qarşılaşılmamışdı.
Müxalifət.az