Ev qiymətinə olan qarajlar – VİDEO

Baxış sayı:
10081

Qarajlar vətəndaşların avtomobillərini saxlamaq üçün unikal yerlərdən sayılır. Bəzən vətəndaş bu qarajdan digər əşyalarını saxlamaq üçün də istifadə edir.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bəzi əmlak saytına yerləşdirilən elə qarajlar var ki, onların yerinə mənzil almaq mümkündür. Əmlak saytlarının əməkdaşları deyir ki, ay ərazində 50-dən çox belə elan qəbul edirlər.

Elvin Məmmədov - Sayt rəhbəri: “Gündəlik 2, 3 belə məlumat gəlir, bu da ay ərzində 60-70 elan edir. Zənglər gəlir, baxmaq istəyirik, qiymətlə maraqlanırlar”.

Ekpertlər deyir ki, son illər bu tip obyektlərə təlabat kifayət qədər artıb. Tələb çox olduqca qiymətlərdə artır.

Ramil Osmanlı – Ekpert: “Son 3 ildə bəzi paytaxtda sənədi olmayan qaraj sahələri özəlləşdirildi. Bu da onların qiymətinə təsir etdi”.

Epkertlər deyir ki, hazırki, bazar münasibətlərini nəzərə alsaq, satışa çıxarılan 40-50 min manata təklif edilən qarajlar dəyərindən baha satılır.

Ramil Osmanlı – Ekpert: “Regenerasiya olunan əmlak növüdür. Gələcəkdə müvafiq icra hakimiyyəti ilə razılaşma nəticəsində üzərində əlavə tikili də artırmaq olur. Bu baxımdan qiyməti çox bahadır”.

Hazırda Bakı şəhərində sənədlərindən və yerləşdiyi rayondan aslı olaraq satışa çıxarılan qarajların qiyməti 20 min manatdan 60 min manata kimi dəyişir. Yaxın gələcəkdə bu daşınmaz əmlakların daha da bahalaşacağı da istisna edilmir.