“Eurovision”un finalında arzuolunmaz olay - ÇIXIŞDAN ÖNCƏ ÇİNGİZİN SƏSİNDƏ PROBLEM YARANIB...

Baxış sayı:
4369

"Ürəyim çox doludur, çox kövrəyəm, ağlamaq istəyirəm, amma ağlaya bilmərəm. Çünki bizdə deyirlər ki, yaxşı oğlan ağlamaz. Özümü birtəhər saxlamışam, gözləyirəm ki, Bakıya gələndə ağlayacam. Hava limanına gələnə qədər xaricilərdən, başqa ölkənin vətəndaşlarından o qədər xoş söz eşitdim ki, təsəvvürünizə gətirə bilmərsiniz. Kimi hədiyyə gətirir, kimisi də maşının qabağını kəsib dəstək olur, kimisi də ağlayırdı ki, biz birincilik gözləyirdik. Hisslərimi sözlə ifadə etməkdə acizəm".
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində uğurla təmsil edərək 7-ci yeri tutan müğənni Çingiz Mustafayev instaqramda paylaşdığı videoda deyib. Sənətçi müsabiqə ərzində ona dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib. O, etiraf edib ki, çıxışından öncə səsində problem yaranıb:
"Bilirəm ki, aranızda həyəcanlananlar və çox sevinənlər var idi. Onu da bilirəm ki, bu mübarək ayda dua edənlər var idi ki, birinci olmasın. Onlardan da xəbərim var. Allah köməkləri olsun, nə deyim. Nə bacardımsa, maksimum yaxşısını etdim. Çıxışımda əvvəl səsimdə problem var idi, həkim gəlib baxdı, birtəhər özümü toparladım, başqa variant yox idi”.
Qeyd edək ki, dünən gecə Bakıya qayıdan ifaçını dostları və fanatları hava limanında coşqu ilə qarşılayıb. Onlar Çingizin yarışmada ifa etdiyi “Truth” mahnısının sədaları altında müğənnini təbrik ediblər. Bu barədə video və fotolar sosial şəbəkədə paylaşılıb.