​"Eurovision"da 10 ölkə finala yüksəldi - SİYAHI/YENİLƏNDİ

Baxış sayı:
274

"Eurovision" mahnı yarışmasının ilk yarımfinalında iştirak edən ölkələrdən 10-u final mərhələsinə keçib. Bunlar Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniyadır.

***

00:10

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı başlayıb.
Birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına seçiləcək.
Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.
Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq./Publika