​Etna vulkanı dənizə doğru hərəkət edir - Alimlərdən fəlakət xəbərdarlığı

Baxış sayı:
5929

İtaliyanın Sicilya adasında yerləşən Avropadakı ən aktiv vulkan olan Etna Yanardağı Aralıq dənizinə doğru hərəkət edir.
Publika.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticəsi “Vulkanologiya bülleteni” jurnalında yayımlanıb.
Məlumata görə, hər il Etna Yanardağı 14 mm dənizə doğru hərəkət edir. İngiltərə alimlərinin sözlərinə görə, vulkanın hərəkətliliyi yarım əsrdir izlənilir.
Son 11 ildə vulkanın hər il 14 mm Giarre sahil qəsəbəsinə doğru hərəkət etdiyi müşahidə edilir. Alimlər vulkanın özülündən hərəkət etməsini ilk dəfə müşahidə etdiklərini bildiriblər. Buna görə də gələcəkdə fəlakətlərə səbəb ola biləcək vəziyyətin diqqətlə izlənilməsinin vacib olduğunu vurğulayıblar.