​Etirazçılar Ermənistan-Gürcüstan dəmir yolu xəttini iflic etdi - VİDEO

Baxış sayı:
5855

Ermənistanda küçə hərəkatı iştirakçıları vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində Tiflis-İrəvan dəmir yolu xəttinin qarşısında sədd çəkiblər. Onlar “canlı səddlərlə” dəmir yolu xəttində qatarların hərəkətini iflic vəziyyətinə salmağı bacarıblar.
 
Muxalifət.az 1in.am-a istinadən bildirir ki, məlumatı Ermənistanın Rabitə və Nəqliyyat Nazirliyi faktı təsdiqləyib. Verilən məlumata görə, artıq iki saata yaxındır ki, qatarların hərəkətində məhdudiyyətlər yaranıb. Nazirlik qatar yolunu bağlayan etirazçılara müraciət edib. Qurum Ermənistanın strateji təhlükəsizlik qarantı olan dəmir yolu xəttinin tezliklə boşaldılması ilə etirazçılara çağırış ünvanlayıb.
 
Nazirlik yaranmış vəziyyətə görə, hərəkəti dayandırılan və mənzil başına çatmayan qatarlar haqqında heç bir məlumat verməyib.