Etiraz edən Güləşçilərin gecikmiş maaşları ödənildi

Güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib
 
Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Bildirib ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.