Etiraz aksiyalarında 200 nəfər saxlanıldı - 288 POLİS XƏSARƏT ALIB

Baxış sayı:
7101

Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.

"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri səlahiyyətlərinin icraçısı Fernando Qrande-Marlaska bildirib. Onun sözlərinə görə, etirazlarda hüquq-mühafizə orqanlarının 288 əməkdaşı zərər çəkib.
Qeyd edək ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb./Azvision.az