ETİMADIMIZI QARABAĞIMIZ KİMİ İTİRDİK - Məğrur Bədəlsoy yazır

Baxış sayı:
5266

16 oktyabr sabahımız xeyirə açılmadı. Fred Asifin qardaşı Ədalət bəyin obaşdan telefonuma Etimad Qazinin şəklini atması ilə ürəyim yerindən oynadı. Kaş bu soraq yalan olaydı! Qazimiz ŞƏHİD olub! Onsuz da elə 25 ildir bir ayaqda duran gəzəri şəhid idi. Son çağlar tez-tez görüşməsək də vaxtaşırı telefonla hal-əhval tuturduq. Heç vaxt ürəyindəki, içindəki ağrılardan söz açmazdı. Bircə ağrısı -acısı Qarabağ idi. Uğrunda canını, qanını verdiyi ANA VƏTƏN ! İndi Qarabağ bir Qazisini də itirdi, bir Şəhid qazandı. Etimadsız dünyamız , görən necə olacaq? Bir çətinliyə düşəndə kimi arayıb-axtaracağıq? Qarabağ qazilərinin haqqı tapdananda kimin yanına qaçacağıq? Kim bizə dayaq duracaq? Kim sınıq ürəklərimizə protez ayaqları ilə sığal çəkəcək? Yan, ey Etimadımızı əlimizdən alan ETİMADSIZ DÜNYA! Yan, ey ürəyimizə qardaş dağı çəkən dünya! Bizim arxamız, axırımız kim olacaq, necə olacaq? Əli Kərimin ölməz misraları yada düşür : O dünyada yoxuymuş, Gördüyüm kəs yuxuymuş. Nə siqaret çəkərmiş hey sümürə -sümürə, Nə də baş qaldırarmış xırda bir səs-səmirə. Özü olmadığından olmayıb bir arzusu. Ağ bir yalan imiş bu. Ağlama ,könlüm, kiri. Gözümdə yaş qalmayıb. Bu adda, bu nişanda O gözəl gənc cahanda Olmayıb, olmayıb, olmayıb. ... ETİMADSIZ QAZİLƏR adından MƏĞRUR BƏDƏLSOY