Etimad İsmayılovun qatili hakim qarşısına çıxarıldı - QƏRAR

Baxış sayı:
6151

“Ədalət” Partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu İstanbulun Florya adlanan hissəsində gülləyərək qətlə yetirən şəxslər məhkəmə qarşısına çıxarılıb.

Muxalifet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, E.İsmayılovu öldürməkdə şübhəli bilinən Gözəl Dəmirov və Barış adlı sürücüsü hakim qarşısına çıxarılıb və onlar “Qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilinib və barələrində istintaq müddəti üçün həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisəni törədən Gözəl Dəmirov iş adamı və keçmiş polis polkovnikidir. Onunla Etimad İsmayılov arasında biznes sövdələşməsi var imiş və cinayət də şirkət səhmləri üstündə olub.

Onu da qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. 2011-ci ildə ailə quran cütlüyün 4 yaşında İlyas adlı oğlu var.