Etibar Pirverdiyev nə üçün cəzalandırılmadı: TƏXRİBAT EHTİMALI TƏSDİQLƏNİR? – ŞOK İDDİALAR

AzTV rəhbəri Arif Alışanovla səhiyyə naziri Oqtay Şirəliyev də gündəmdə!

Baxış sayı:
23065

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim edir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olursunuz... Qeyd edək ki, 09-16 İyul 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev haqqında “Etibar Pirverdiyev YOLA SALINIR - Belə deyirlər…”, ““Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır” – Partiya sədrindən şok iddia”, “Ölkəni qaranlığa qərq edən hadisənin səbəbi və səbəbkarı bəlli olur”, “Etibar Pirverdiyev: “Eyni vaxtda iki rayonda yanğın başlayıb”", “Etibar Pirverdiyevin şübhələri – Azərbaycanı qəsdlə vururlar?”, “Fəzail Ağamalı: “Etibar Pirverdiyev xalq qarşısında cavab versin!” – Deputatdan ETİRAZ”, ““Bu dəfəki hadisə çoxsaylı suallar doğurur”- Etibar Pirverdiyev”, “ÖLKƏDƏ ELEKTRİK ENERJİSİ YENİDƏN KƏSİLDİ – Etibar Pirverdiyev təxribat olduğuna eyham vurdu + VİDEO (Yenilənib)”, ÖLKƏDƏKİ ENERJİ BÖHRANININ SƏBƏBKARLARI NİYƏ CƏZALANDIRILMADI”, “Enerji qəzasını araşdıran Dövlət Komissiyasının üzvü: “Orada o qədər faktlar var ki…””, ““Azərenerji” büdcəyə ağır yükə çevrilib – Ekspert dövlət şirkətlərinin qəsdən mənfəət göstərmədiklərinin səbəblərini açdı”, ““Azərenerji”yoxlanır, Pirverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya…” başlıqlı 12 məqalə ümumilikdə 32 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov “Arif Alışanov niyə həbs olunmur? - Boğaza qədər ittiham var, amma…”, AzTV sədrinə sui-qəsd ittihamı – Prokuror təqsirləndirilən şəxslərə 57 il cəza istədi”, “Arif Alışanovun məhkəməsində QALMAQAL - Vəkillər dalaşdı” başlıqlı 3 məqalənin 16 elektron KİV-də yayılması ilə tutur. Elketron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi... - Video”, “'Oqtay Şirəliyevin şirələndiyi Azərbaycan səhiyyəsi... - İTTİHAM”, “Səhiyyə naziri postunda dəyişiklik GÖZLƏNİLİR”, “Oqtay Şirəliyev baş həkimlərə qan uddurur - Generator aldırır, pulunu büdcədən silir…”, “Dəri-Zöhrəvi Dispanserdə gənc ailələr üçün rüşvət sürprizi – VİDEO”, “Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib” başlıqlı 6 məqalənin 9 elektron KİV-də yayılması ilə səhiyyə naziri Oqtay Şirəliyev tutur. DEPUTAT ELMİRA AXUNDOVA ÖTƏN HƏFTƏ MEDİANIN GÜNDƏMİNDƏN DÜŞMƏDİ Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri ““ELMİRA AXUNDOVA MƏNƏ ZƏNG EDİB…” – Deputat oğlu məhkəmədə ifadə verdi”, ““Mən həmin pula zamin durmuşam” - Deputat oğlu”, “"Həbib Axundova 575 min pul vermişəm" - Deputat oğlu MƏHKƏMƏDƏ”, “Deputat oğlunun adamları İbrahimovu tutub bağ evinə niyə aparıb? – TƏFƏRRÜAT” başlıqlı 4 məqalənin 10 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur. Muxalifet.az