​ETİBAR PİRVERDİYEV HƏBS OLUNUR? – Onun barəsində cinayət işi açıla bilər...

"Broker Əbülfəz"in biznesi böyük təhdid altında...

Baxış sayı:
15622

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləlkilə, 04-10 sentyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyev oldu. Onun barəsində “Etibar Pirverdiyev vəzifəsindən azad edildi - SON DƏQİQƏ”, “Prezidentin işdən çıxardığı Etibar Pirverdiyevin məmur qudası- FOTO”, “Prezident əhalinin narazılığına səbəb olan yüksək çinli məmuru işdən çıxardı”, “Etibar Pirverdiyev işdən niyə çıxarılıb - PA-dan AÇIQLAMA”, “Etibar Pirverdiyev işdən çıxarılması barədə danışdı: "Hesab edirəm ki, ..."”, “Etibar Pirverdiyev cinayət məsuliyyətinə cəlb oluna bilər”, “Etibar Pirverdiyev həbs olunur?” başlıqlı 7 məqalə ümumilikdə 39 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov “Keçmiş brokerlə bağlı İLGİNC İDDİA - Belə deyirlər…”, “Əbülfəz Məlikov "silisə çəkilir"... - Himayədarları da geri durub”, “Əbülfəz Məlikovun saxta kərə yağı biznesi iflasa uğrayır?”, “Qoşqar Təhməzli indi də "broker" Əbülfəzə İLİŞDİ - QƏRAR”, “YENİ KOMİTƏ SƏDRİ HAQDA İLGİNC MƏLUMATLAR – “Sınıq Körpü”də ciblərə axan milyonlar…”, “"Broker kralı"nın biznesi böyük təhdid altında - İDDİA” başlıqlı 6 məqalənin 18 elektron KİV-də yayılması ilə tutur. Elektron KİV-lərdə ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Ceyhun Bayramova daha bir təhsil müəssisəsindən FAKTLAR - İTTİHAM”, “Xuraman Rüstəmovanın Ceyhun Bayramovun köməkçisi ilə şərikli bazarı”, “RƏZALƏT: İKİ NAZİRLİK 1-Cİ SİNİF ŞAGİRDLƏRİNƏ PORNO NAĞIL OXUDUR – FOTO”, “Təhsil haqqını ödəyə bilməyən tələbədən ürəkparçalayan müraciət – FOTO”, “Beyləqan təhsilində olaylar: Nazir köməkçisi Beyləqanda təhsil bazarı açıb... - İTTİHAM” başlıqlı 5 məqalənin 8 elektron KİV-də yayılması ilə təhsil naziri naziri Ceyhun Bayramov tutur. Deputatın oğlu 10 min manat cərimələndi, bunu GİZLƏTMƏYƏ ÇALIŞDILAR Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputatın oğlu 10 min manat cərimələndi”, “Elmira Axundovanın oğlu təzminat ödəyəcək”, “ELMİRA AXUNDOVA MƏHKƏMƏ QƏTNAMƏSİ ALDI, NÜMAYƏNDƏSİ DEPUTAT OĞLUNUNCƏRİMƏLƏNDİYİNİ GİZLƏTDİ” başlıqlı 3 məqalənin 7 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur. Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Fazil Mustafa “Fazil Mustafa: “Orta məktəblərdə mobil telefon qadağan edilsin””, “Fazil Mustafa: “Kolleclərin heç nəyə lazım olmadığını görürük””, ““BAŞIMIZI QATMIŞIQ, QARABAĞ ƏLDƏN GEDİB!” – “Çal-çağır, dingiş-dingiş oynamaq…””, “Fazil Mustafa:"Hər oynayan şəxs "Günaz TV"-yə ayda 10 dollar keçirsə, daha ərdəmli iş olmazmı?"”, “Fazil Mustafa: Hamı oynamağa elə həvəslidir ki...(+VİDEO)” başlıqlı 5 məqalənin 6 elektron KİV-də yayılması ilə tutur. Muxalifet.az