​ETA qruplaşması fəaliyyətini dayandırdı

Baxış sayı:
5833

ETA terrorçu qruplaşması bütün strukturlarının buraxıldığını və fəaliyyətinin tamamilə dayandırıldığını elan edib.
Muxalifet.az “Dario” qəzetinə istinadən xəbər verir ki, bu barədə bask separatçılarının məktubunda deyilir.
Məktubda qeyd olunur ki, qəbul olunmuş qərar bask separatizminin tərəfdarları tərəfindən qəbul olunan strateji kursla əlaqədardır.
“Basklar ölkəsində yeni siyasi dönəmin başlaması naminə ETA 2010-cu ildə işə salınmış prosesi yekunlaşdırıb.”, - deyə məktubda qeyd olunur.
ETA terrorçu qruplaşması 31 iyul 1959-cu ildə yaradılıb. Fəaliyyəti ərzində 800-dən çox insan qruplaşmanın həyata keçirdiyi silahlı hücum və partlayışların qurbanı olub.  2011-ci ildə ETA  İspaniyada müddətsiz və ümumilli barışıq elan edib.