Estoniyada pilotsuz avtobuslar istifadəyə verilib

Pilot layihə avqustun sonunadək davam edəcək
 
Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi proqramının pilot layihəsi çərçivəsində Tallində pilotsuz avtobuslar sərnişin daşınmasına başlayıb.
Bu barədə Estoniyanın ERR teleradioyayım portalına istinadən RİA "Novosti" məlumat yayıb.
Səkkiz nəfər tutumu olan iki avtobus sərnişinləri Viru meydanından "Mədəniyyət qazanı" yaradıcılıq mərkəzinə qədər olan marşrut üzrə pulsuz daşıyacaq.
Hər bir avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edəcək müşayiətçi işləyir.
Pilot layihə avqustun sonunadək davam edəcək.