“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...

Baxış sayı:
280

İşğalçı ölkənin “Çiçəklənən Ermənistan” partiyasının lideri, məşhur oliqarx, deputat Qaqik Sarukyanın qızının toyunda keçirilən böyük atəşfəşanlıq erməni polisi  tərəfindən protokollaşdırılıb.
Erməni saytlarının yaydığı məlumata görə, “eşşək” ləqəbli Q.Sarukyanın qızı və “Qrzo” ləqəbli tanınmış iş adamı Xaçatur Sukiasyanın oğlunun toyu İrəvan-Göyşə yolunun kənarındakı “Faraon” restoran kompleksində baş tutub. Toyun sonunda ölkə qanunlarına zidd olaraq gecə yarısından sonra böyük atəşfəşanlıq edilib. Bunu müşahidə edən polislər olayı protokollaşdırıb və toy sahiblərinə müvafiq cərimə yazıb. 
Qeyd edilir ki, gürcü əsilli məşhur Rusiya müğənnisi Valeri Meladzenin də oxuduğu toyda baş nazir N.Paşinyan, eləcə də Qarabağın separatçı lideri B.Saakyan da iştirak edib.  Erməni gəlinin xaricdə dizayn edilmiş qiyafəsi 200-300 min dollara başa gəlib.
Xatırladaq ki, hazırda həbsdə olan terrorçu eks-prezident Robert Köçəryanla da ortaq olan oliqarx deputat Qaqik Sarukyan erməni camaatı arasında “eşşək” ləqəbi ilə tanınır.//Moderator