​Ermənistanla İran arasında MEMORANDUM – “HALAL” İÇKİLƏR...

Baxış sayı: 195

Hurriyyet.org “news.am” erməni saytının türk dilindəki buraxılışına istinadən xəbər verir ki, iyunun 14-də Tehranda “Ermənistanın İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Araşdırmaları İnstitutu arasında Əməkdaşlığa dair” ortaq memorandum imzalanıb.
Memorandumu erməni tərəfindən iqtisadi inkişaf və və investisiya nazirinin müavini Emil Tarasyan və İran İslam Respublikasının Standartlar və Sənaye Araşdırmaları İnstitutunun direktor müavini M.Maghadam imzalayıb.
Memorandumda bu iki qurum arasında aşağıdakı sahələrdə əməkdaşlıq nəzərdə tutulur: qida və alkoqolsuzz içkilər sahəsində hüquqi mövzu ilə bağlı informasiya mübadiləsi, “Halal” standartları ilə hazırlanmış məhsullara nəzarət məsələsi ilə bağlı seminarlar, iki tərəfin bazarları ilə bağlı informasiya mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi, Ermənistanda İranın “Halal” standart loqosunun təsis edilməsi, “Halal” məhsulların sertifikatlaşdırılması prosesi ilə bağlı informasiya mübadiləsi.