​Ermənistanın xarici işlər naziri sabah istefa verəcək

Hurriyyet.org "İnterfaks"a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Ksbinetinin üzvləri ilə vida görüşü keçirib.
"Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Gözlənildiyinə görə, Ovik Abramyanın istefası barədə sabah günortadan sonra elan ediləcək. Yeni baş nazir Karen Karapetyan təyin olunacaq", - agentliyin həmsöhbəti belə deyib.
Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir. "Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək", - o bildirib.