Ermənistanın Xarici işlər naziri Qarabağa gəlir

Baxış sayı:
6130

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan sabah qondarma Dağlıq Qarabağ Respublikasına səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.
Mətbuat katibi bildirib ki, səfərin gündəmi Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda müzakirə etdiyi məsələlərdir.
"Bu, Azərbaycan Xarici işlər naziri ilə görüşlərdən əvvəl və ya sonra müntəzəm bir prosesdir. Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağ rəhbərliyi ilə görüşür. Bu isə Dağlıq Qarabağ rəhbərliyinin prosesə cəlb olunması üçün edilir. Amma bu, Qarabağın prosesdə birbaşa iştirakı anlamına gəlmir",- sözçü bildirib.