​Ermənistanın son beş ildəki DƏHŞƏTLİ GÖSTƏRİCİLƏRİ

Baxış sayı:
3118

Ermənistanda fiziki şəxslərin pul köçürmələri ölkənin əsas valyuta axını olub.
Bu barədə “Nyus.am” saytında məqalə dərc edilib. Belə ki, 2013-cü ildən 2017-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9,3 milyard dollar göndəriblər. Bu illər ərzində isə Erməninstanın ümumi ixracatı 8,5 milyard dollar təşkil edib. Beləliklə, pul köçürmələri ölkə ixracını 0,8 milyard dollar üstələyib:
 “İrəvana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlib. Buradan pulları daha çox əmək miqrantlarımız göndərirlər. Müstəqillik qazandıqdan sonra belə vətəndaşlarımız üçün Rusiya vacib ölkə olaraq qalmaqdadır. Son 5 il ərzində bu ölkədən Ermənistana 6,3 milyard dollar pul göndərilib. Bu isə ümumi pul köçürmələrinin 67%-dir”.
Sayt Rusiyadan sonrakı yerlərdə ABŞ (9%) və Almaniyanın (2%) yer aldığını bildirib.
Ermənistan bankları vasitəsilə xaricə pul axını bu dövr ərzində 4,4 milyard dollar təşkil edib. Burada yenə də əsas istiqamət Rusiya olub. Bu ölkəyə ümumi pul axınının 34%-i göndərilib. Rusiyadan sonrakı yerlərdə ABŞ (664 milyon dollar) və Çin (348 milyon dollar) dayanıb./axar/