​Ermənistanın Səhiyyə Nazirliyində BOMBA HƏYƏCANI - Bina boşaldıldı

Baxış sayı:
328

Ermənistanın Səhiyyə Nazirliyinin binasına bomba qoyulması barədə məlumat yayılıb.
Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir nəfər 911 "qaynar xətti"nə zəng edərək Səhiyyə Nazirliyinin binasını partladacağını bildirib.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları, böhran vəziyyəti və təcili tədbirlər qrupları və psixoloji yardım əməkdaşları cəlb edilib.
Artıq nazirlik əməkdaşları binadan təxliyə edilib.
Qeyd edək ki, binada Səhiyyə Nazirliyindən başqa bir neçə nazirlik yerləşib.