Ermənistanın sabiq müdafiə naziri Şuşada yaralandı

Baxış sayı:
2154

Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.

Muxalifet.az bildirir ki, xarici mətbuatın bir az əvvəl yaydığı bu məlumatı Azərbaycanın rəsmi orqanları da təsdiləyiblər.

Qeyd edək ki, daha əvvəl onun separatçıların lideri Araik Arutyunyan tərəfindən Şuşanın "hərbi komendant"ı "təyin olunması" barədə məlumat yayılmışdı.

Onu da xatırladaq ki, S.Ohanyan Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.