Ermənistanın müdafiə naziri işğal altda olan Qarabağa səfər edib

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan işğal altında olan Qarabağa səfər edib. Bu gün səhər o, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüş keçirib.
 
 “Sputnik” xəbər verir ki, Ermənistanın Qarabağdakı işğalçı qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə ordu quruculuğu ilə bağlı bir sıra məsələlər müzakirə edilib.