​Ermənistanın keçmiş xarici işlər nazirinın ölkədən çıxışına QADAĞA QOYULDU

Baxış sayı:
6238

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəni tərk etməsinə qadağa qoyulub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Oskanyan həbs edilmiş biznesmen Samvel Mayrapetyanla əlaqələrdə ittiham edilir:
“Oskanyan hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Mayrapetyanın həbsindən bir neçə gün sonra Oskanyan Ermənistandan getməyə cəhd etsə də, ona maneə yaradılıb.
Belə ki, 2008-ci ildə erməni sahibkar Silva Ambartsumyan Mayrapetyana böyük məbləğdə pul verib. Bu pulun bir hissəsinə bina tikilib, digər hissəsi isə Ermənistana Oskanyanın dəvətiylə gələn ərəblərə verilib. Oskanyana ərəblərin gəlişi qarşılığında İrəvanın mərkəzində bir neçə mənzil bağışlanıb”.
Qeyd edək ki, Mayrapetyanın Ermənistanın “H2” kanalının rəhbəridir. O, oktyabrın 7-də həbs edilib.
Həm Mayrapetyan, həm də Oskanyan Robert Köçəryanın yaxın adamlarından hesab edilir. Oskanyan 2016-cı il parlament seçkisinə Köçəryanın dəstəyi ilə qatılmışdı, amma heç bir uğur qazana bilməmişdi.