Ermənistanın keçmiş müdafiə nazirinin əmlakına həbs qoyuldu

Baxış sayı:
6493

Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılmış cinayət işiçərçivəsində ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyub.
Bu barədə “Pastinfo” etibarlı mənbələrinə istinadən məlumat yayıb. 
Qeyd olunub ki, istintaq gedişi zamanı müstəntiq Ohanyanın əmlakı ilə yanaşı, həm də keçmiş müdafiə nazirinin pensiya hesabına və maliyyə vəsaitlərinə də həbs qoyub. 
Xatırladaq ki, Seyran Ohanyan 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin 1-ci bəndi üzrə - ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Lakin sabiq müdafiə naziri ittihamları rədd edərək, günahsız olduğunu bildirib./azvision