​Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edildi

Baxış sayı:
7687

Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın (2014-2016-cı illərdə baş nazir olub) qardaşı Canik Abraamyan həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, qanunsuz silah əldə etmək və gəzdirmək maddələri üzrə ittiham olunur.
Hüquq mühafizə orqanlarının əməkdaşları Canik Abraamyanın yaşadığı evdə xeyli sayda silah aşkarlasalar da, onların böyük bir qismi qanuni olub.
Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin Mətbuat mərkəzləri KİV-in telefon zənglərinə cavab verməyib.