ERMƏNİSTANIN GÜCLÜ NÖQTƏSİ: FİTNƏ, XƏYANƏT... – Rusiyalı analitik erməniləri qonşu xalqlarla müqayisə etdi

Baxış sayı:
2227

Rusiya Siyasi Sosiologiya İnstitutunun direktoru Vyaçeslav Smirnov “Xüsusilə Azərbaycan İnformasiya Məkanı üçün” başlığı altında Qarabağ savaşı ilə bağlı məqalə yazıb. Hurriyyet.org həmin məqalənin tərcüməsini oxucularına təqdim edib:
“Bəzən hər hansı bir ölkə və ya millət haqqında düşünəndə istər-istəməz belə qənaətə gəlirsən ki, onlar bəlkə də ən çılğın bəyanatlarında və iddialarında haqlıdırlar.
Məsələn, Rusiyanın əsas müttəfiqlərindən biri olan Ermənistan hər zaman özünün qədim kökləri olduğunu israrla iddia edir və bununla fəxr edir. Burada "ilk xristian ölkəsi olmaq", "Böyük Tiqran", "qədim əlifba", hətta "xristian dünyasının türklərdən xilası"ndan tutmuş çox şey var.
Bunlar barədə mübahisə etməyəcəyəm, çünki mütəxəssis deyiləm, baxmayaraq ki, mütəxəssislər bu iddiaların, yumşaq desək şişirdilmiş olduğunu hesab edirlər, amma qədimlik barədə razılaşıram.
Ermənistan qısa vaxt ərzində hansısa uğurlara çata biləcək ölkə deyil. Ermənilər hətta min illər ərizində də, iddia etdikləri kimi, heç bir şeyə nail olmayıblar, halbuki bizə Qədim Yunanıstan, Misir, Babil, Çin, Roma, İskəndəriyyə və digər bir çox mədəniyyət beşikləri məlumdur: hər yerdə onlara aid şah əsərlərin, miflərin izləri, bəşəriyyətin mədəniyyət irsinə verdikləri əsl töhfələr var ...

Bəs Ermənistan nə verdi? Kim bu barədə bilir?

Ermənistanın bacarıqsızlığı və uğursuzluğuna dair nümunələri axtarmağa çox ehtiyac yoxdur.
Məsələn, son 30 ili götürək və onun qonşularının - Azərbaycan və Gürcüstanın nailiyyətləri ilə müqayisə edək.
Deməli, Ermənistan, daha doğrusu, onun SSRİ-nin dağılmasından sonra 30 il ərzində əldə etdiyi “uğurlar”:
Müharibə, minlərlə erməninin və azərbaycanlıların ölümü, Azərbaycanla münasibətlərin pozulması, Azərbaycanın qurduğu bütün regional layihələrdən kənarlaşdırılmaq - boru kəmərləri, dəmir yolları, nəqliyyat dəhlizlərinin inşası, özünü yaxşı tranzit gəlirlərindən məhrum etmək, Türkiyə tərəfindən mühasirəyə alınma, külli miqdarda xarici borc, iqtisadiyyatının əsas aktivlərinin Rusiyaya kredit borcunun ödənilməsinin qarşılığında verilməsi, aşağı ÜDM, mühacirət, əhalinin azalması, keçmiş SSRİ ölkələrində separatizmə dəstək. Prezidentlər: Stepanakertdəki hamam direktoru, eyni yerdə çilingər; infrastrukturun dəstəklənə bilməməsi, oliqarxik və klan mübahisələri, kriminal müharibələr və bölgələr, parlamentdəki qətllər, xarici hərbi baza, sərhədlərin qapanması, Cavaxetiyada separatçılığn qızışdırılması səbəbindən Gürcüstanla gərgin münasibətlər, investisiya çatışmazlığı...

Eyni vaxtda, Azərbaycan:

Qarabağdan qovulan 1 milyon qaçqına dəstək, neft müqavilələri, sərhədyanı boru kəməri və nəqliyyat dəhlizləri, reallaşdırılmış neft-qaz layihələri, “Eurovision” müsabiqəsi, iri miqyaslı beynəlxalq müsabiqələr və konfranslar, kosmosa buraxılmış 3 peyk, 50 milyard dollarlıq ehtiyat, müasir güclü ordu, gözəl yollar, körpülər, yenidən qurulan Bakı, bölgələrdə turizm mərkəzləri, sıfırdan tikilən iki xizək kurortu, dünyanın bütün ölkələri ilə əla və balanslaşdırılmış münasibətlər, İsrail və Türkiyə ilə gözəl əlaqələr, ABŞ-dakı İsrail lobbisinin dəstəyi, çoxmilyardlı - 200 milyard dollardan çox sərmayə, dünyanın ən yaxşı paytaxtlarındakı tikililərdən geri qalmayan gözəl binalar, xaricdə təhsil alıb ölkəyə dönən çox sayda insan...
Yaxşı, tamam, deyək ki, Azərbaycan neft və neft dollarlarından faydalandı. Birincisi, hamı imkandan belə qədər səriştəli istifadə edə bilməz, ikincisi də, bəs Gürcüstan barədə nə deyə bilərsiniz?

Beləliklə, Gürcüstan son 30 ildə…

Korrupsiyanın kökünü kəsmək, güclü vətəndaş institutları qurmaq, infrastruktur layihələri, Zaqafqaziyanın ən yaxşı bankları - üç Gürcüstan bankı London Fond Birjasında ticarət edir, sərbəst iqtisadi zonalar, son 12 ildə inşa edilmiş gözoxşayan Batumi - Qafqazın əsas turizm mərkəzi, liman infrastrukturunun dövriyyəsini artırmaq, əsas ixracatın dünya bazarlarına çıxarılması, ölkənin və onun iqtisadi nailiyyətlərinin yüksək brendə çevrilməsi, islahatların beynəlxalq səviyyədə tanınması, "ticarət üçün əlverişli" reytinqlərdə irəli mövqelər əldə etmək, qanunun aliliyinin təmin olunması, məhkəmələrin müstəqilliyi, söz azadlığı, biznes azadlığı, beynəlxalq sərmayə cəlb etmək üçün münbit şərait, o cümlədən Azərbaycandan, inşaat bumu, Gürcüstandakı investisiyaların cəlbediciliyi, ordunun NATO standartları ilə qurulması və alyansa üzvlüyünə namizədliyə yaxınlaşma ...
Bəli, doğrudur, Ermənistan çox qədim bir ölkədir. Hətta çox qədim demək olar. Buna görədir ki, Ermənistan tarix boyu nəsə yaratmağa cəhd etməyib. Onun güclü nöqtəsi: fitnə, xəyanət, başqasına məxsus mədəni - tarixi irsin mənimsənilməsi və özünü “böyük” statusunda təqdim etməyə əbədi istək, hansı ki, bu status ondan çox əvvəl  qurulmuş dövlətlər və xalqlar üçün belə əlçatmaz arzudur.
Əgər Ermənistan gənc ölkə olsaydı, son 30 ildəki inkişaf tempi ilə yəqin ki, “Daş Dövrü”ndə olardı. Hazırda isə o, düşüncəsinə, ideologiyasına, dünyagörüşünə görə “Orta Əsrlər”dədir.

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA