Ermənistanın daha bir hərbçisi öldü

Baxış sayı:
4485

Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
Bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan paylaşıb. Ölən hərbçinin Ayk Surenoviç Alaverdyan olduğu bildirilib. Ovannisyan hərbçinin ölüm şəraitinin araşdırıldığını vurğulayıb.
“Shamshyan.com” saytı isə insidentin Armavir vilayətində baş verdiyini bildirib. Əsgərin odlu silahdan açılan atəş nəticəsində ölümcül yara aldığı qeyd edilib.