Ermənistanı ekstremal böhranlı il gözləyir - Qorqisyan
30-10-2017 23:41
Ermənistanda məhsulların qiyməti iki dəfə artıb.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Yelk blokundan olan deputatı Gevork Qorqisyan söyləyib. Onun sözlərinə görə, gələn il əhalinin alıcılıq qabiliyyəti hökumətin gözləntilərindən daha çox aşağı düşəcək:
“Gələn il vergi qanunvericiliyindəki dəyişiklik əhalinin müxtəlif təbəqələri üçün təzyiqləri artıracaq. Ermənistanı çox ekstremal böhranlı il gözləyir”.