Ermənistandan Qarabağa “tabut köçü”: İrəvan ölülər hesabına “tarix yaradır”

Baxış sayı:
13780

Ermənilər Qarabağda “xüsusi missiyalı” qəbiristanlıqlar salır.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, “xüsusi missiyalı” qəbiristanlıqların “adi qəbiristanlıqlardan” əsas fərqi birincilərin “ali məqsədə” tabe edilməsi, bu torpaqların ermənilərə məxsusuluğunu isbatlayacaq “tarixi maddi-mədəniyyət nümunəsi” missiyasını yerinə yetirməsidir.
Belə ki, işğal edilmiş torpaqların onlara məxsusluğunu tarixi faktlar, qədim maddi-mədəniyyət abidələri əsasında isbatlamağa çalışan, bu məqsədlə də qədim abidələrimizi özününküləşdirən ermənilər, bu torpaqlarda xüsusi qəbiristanlıqlar yaratmaqla “əsl tarix” formalaşdırmağa çalışır. Qarabağın müxtəlif ərazilərində bu cür ixtisaslaşdırılmış qəbiristanlıqlar salan düşmən, Ermənistanda vəfat edən kimsəsizləri də Qarabağa gətirərək onları həmin qəbiristanlıqlarda dəfn edir, bəzi hallarda sözügedən qəbiristanlıqda saxta qəbirlər yaradaraq bu qəbirlərin yaşını bir-iki əsr “qədimləşdirirlər”. Məqsəd bu qəbiristanlıqların “tarixi qəbiristanlıq” adı ilə həm erməni, həm də beynəlxaql ictimaiyyətə təqdim edilməsi, bununla da ermənilərin bu torpaqların “qədim sakinləri” olması yalanını təbliğ etməkdir. Xaç şəkilləri və xristianlığa məxsus xüsusi ornamentlərlə bəzədilən bu qəbiristanlıqlar ermənilərin ölülərdən də yararlanmağa çalışdığı, onların hesabına yeni qondarma tarix yaratmağa cəhd etdiyini göstərir. Məhz bu arzu Ermənistandan Qarabağa “tabut köçü”nə yol açmaqda, müqəddəs Azərbaycan torpaqlarını mundar erməni cəmdəkləri və erməni xaçları ilə doldurmaqdadır.