​Ermənistandakı proseslərdən narahatıq - Sergey Lavrov

Baxış sayı:
6499

Ermənistandakı situasiya Moskvada narahatlıq yaradır.
Muxalifet.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Əlbəttə ki, bizi Ermənistanda cərəyan edən situasiya narahat edir. Siz olan faktları, həbsləri bilirsiniz. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Çox istərdik ki, bütün bunlar qanunla, Konstitusiya ilə möhkəmləndirilmiş formada daxili iş olaraq qalsın və problemlər tezliklə həll edilsin”, – deyə o bildirib.