​Ermənistandakı “Məxməri inqilab”da toqquşma başlayır: JURNALİST DÖYÜLDÜ

Baxış sayı:
5014

İrəvanda müxalifətin mitinqinin işıqlandırılması zamanı “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatının jurnalisti Tirayr Muradyan döyülüb.
Muxalifət.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Daniyel İoannisyan məlumat yayıb.
Məlumata görə, jurnalisti mülki geyimli şəxslər döyüb.
“Ərazidəki polislər hadisəyə müdaxilə etməyib. Jurnalisti döyən şəxslərin fotolarını əldə etmişik. Yaxın saatlarda yayacağıq”, - deyə İoannisyan bildirib.
T.Muradyan xəstəxanaya yerləşdirilib. Jurnalistin üz nahiyəsində və başında travmalar var.
Jurnalist onu döyən şəxslərin özlərini qəribə apardığını bildirib.
“Onlar mitinq iştirakçısı deyildilər. Daim kiminləsə telefonda danışır və baş verənlər haqqında məlumat ötürürdülər. Onlar mənim jurnalist olduğumu bilirdilər, çünki xüsusi geyimdə idim. Mənə hücumla bağlı ərazidəki polislərə məlumat verdim. Polislərin cavabı isə belə oldu: “İndi biz nə edək?!”, - deyə o qeyd edib.