Ermənistandakı “KQB” sənədləri Smolenskə daşınıb

Baxış sayı:
13097

1990-cı illərdə biz hakimiyyətə gələndən dərhal sonra “KQB” arxivlərinin açılıb-açılmaması məsələsi müzakirəyə çıxarıldı. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın birinci baş naziri Vazgen Manukyan deyib. “Biz hələ qərar verməmişdik, arxivləri açaq, ya yox,, ancaq mən onlarla tanış olmaq istədim. Məlum oldu ki. Sovet İttifaqı göründüyündən daha ağıllı imiş, bizim hakimiyyətə gəlməyimizdən bir neçə gün əvvəl “KQB”-nin bütün sənədləri təyyarə ilə Smolenskə daşınıb”, sabiz baş nazir bildirib. Əlavə edib ki, o zaman məsələ ilə bağlı “KQB” rəhbərliyinə, Mixail Qorbaçova sənədlərin qaytarılması ilə bağlı müraciət edib.